XƏBƏRLƏR / İctimaiyyət

31 il sonra meyit qalıqları tapılmış şəhid dəfn olunub

Nazim Şirinov 1993-cü ildə Füzuli rayonunda itkin düşüb

31 il sonra meyit qalıqları tapılmış şəhid dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Şirinov Nazim Şirin oğlu dəfn olunub.

    Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Onun nəşi Abşeron rayonu Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, o, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunda itkin düşüb.