44 günlük müharibədə buraxdığımız üç səhv
Bu səhvlərə görə qarşıda nələr olacaq, bizi nələr gözləyir, Allah bilir
Eşitdim Qarabağda yerləşən sülhməramlılar Azərbaycan tərəfinə muraciət edib ki, təchizat üçün Laçın keçid məntəqəsindən keçməyə icazə verilsin. Bizimkilər də Dağıstan, Bərdə, Ağdam dəmir yolunu göstəriblər, yəni icazə verməyiblər, o cümlədən Qızıl Xaç Cəmiyyətinə də. Məlumatın nə qədər doğru olub-olmadığını dəqiq bilmirəm. Sadəcə, oxumuşam. Amma bir hərbçi kimi əvvəllər də demişəm, indi də deyirəm. Bizim 44 günlük müharibədə 3 bağışlanmayan səhvimiz oldu və bu səhvimizə görə 2 il 8 aydır həyəcanla yaşayırıq. Şəhid verdik, yaralılarımız oldu və indi də iki gundən bir əsgərimiz yaralanır. Çox şeylər oldu və hələ də davam edir, və ya sabah necə şəhid verəcəyik, heç kim bilmir.
1. Gəncəyə və Bərdəyə atılan raket atəşindən sonra Xankəndində daşı-daş üstə qoymamalı idilər. Ermənilər təzədən geri qayıdıb yaşamaq üçün ev, mənzil tapmamalı idilər. İnzibati bina və "parlament" binaları, haradakı indi Arayik və geydirmə deputatlar oturur, vurulmalı idi. Əsas beyin mərkəzidir, o iflic olandan sonra bədənin heç bir üzvü işləmir. Bir sözlə, hətta küçə iti yagışdan, qardan qorunmaq üçün sığınacaq üçün yuva tapmamalı idi. Eyni ilə Ukraynanın Baxmut şəhəri kimi. Mən belə edərdim. Son 200 ildə Allah bizə birinci dəfə idi belə bir şans verdi, ancaq istifadə edə bilmədik.
2. Laçın şəhərinə 2-3 km qalmışdı. Paşinyan kimi özümüzü axmaqlığa qoyub, bəyannaməni 1 gün gecikdirməli, Laçın şəhərini öz qüvvəmiz və gücümüzlə işğaldan azad edib sərhədi bağlamalı idik; indiki kimi.
3. Rus sulhməramlılarının qərargahı və bazası Xocalıda yox, Azərbaycan tərəfdə, məsələn, Ağdam hava meydanında (aeroport) yerləşdirilməli və onlar üçün bütün təchizat Azərbaycan tərəfdən daxil olmalı idi. Belə olduğu halda, biz bu 2 il 8 ayın həyəcanını yaşamazdıq. Ruslar ermənilərə silah-sursat, şəxsi heyət daşıya bilməzdi. Qarabağdakı gizli alternativ yollardan istifadə edə bilməzdi. Xocalıda kilsə tikilməzdi...
Biz hərbçilər, politoloqlar, ekspertlər muharibənin ilk günündən bar-bar bagırdıq ki, Xankəndində, bir dənə də olsun, yaşayış binasi qalmamalıdır.
Əgər məlumat doğrudursa, demək, gec də olsa, ağıllanmışıq. Amma buraxdığımız bu səhvlərə görə qarşıda nələr olacaq, bizi nələr gözləyir, bax bunu artıq heç kim bilmir, sadəcə, təsəvvür edirik. Allah saxlasın...