BLOQ

Filmimizin "Ovsunçu"su

Bu gün Azərbaycan kinorejissoru Oqtay Mirqasımovun 80 yaşı tamam olur

Filmimizin "Ovsunçu"su
Oqtay Mirqasımov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şərəf" ordenli (2018) Oqtay Mirəsədulla oğlu Mirqasımov 12 iyun 1943-cü ildə Bakıda anadan olub.

    1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 

    Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.

    Filmləri Ümumittifaq festivallarında mükafat alıb.

    Azərbaycanın xalq artistidir.

    1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

    7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

    AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun oğludur.

    Xalq rəssamı, heykəltəraş Mirələsgər Mirqasımovun qardaşıdır.

    AMEA-nını müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rüfət Mir-Qasımovun qardaşıdır.

    Aktrisa Ayan Mirqasımovanın atasıdır.

    10 iyun 2023-cü ildə "Azərbaycan" kinoteatrında görkəmli rejissor Oqtay Mirqasımovun 80 illik yubileyi münasibətilə Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və VMF Saat Fabrikinin sifarişi ilə "Balans" Milli Rəqəmsal Bərpa Studiyasının tam bərpa etdiyi "Şeytan göz qabağında" filminin (1987-ci ildə çəkilib) təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir.