53% erməni Rusiya hərbi bazasının olmasına müsbət baxır
Ermənistanda keçirilən sorğuda 1100 respondent iştirak edib
Ermənistan vətəndaşlarının yarıdan çoxu ölkədə Rusiya hərbi bazasının olmasını müsbət qiymətləndirir.
Bunu MPG/Gallup Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğu* sübut edir. Sorğunun nəticələrinə görə,
▪️Respondentlərin 53,4%-i 102-ci Rusiya hərbi bazasının respublikada olmasını müsbət qiymətləndirir;
▪️Respondentlərin 37,4%-i mənfi;
▪️9,2% cavab verməkdə çətinlik çəkib.
Ermənistan kimdən hərbi-siyasi yardım gözləyə bilər sualıına respondentlər hesab edir ki:
40%-i , İrandan;
34,2%-i Fransadan,
30%-i Rusiyadan,
27,8%-i ABŞ-dan,
25,6%-i Hindistandan,
5,1%-i Çindən,
3,2%-i Almaniyadan,
0,3% - KTMT-dən hərbi-siyasi yardım gözləyə bilər.
Respondentlərin 29%-nin fikrincə, Ermənistanın inteqrasiya vektoru təsir mərkəzləri ilə bərabər münasibətlərə doğru dəyişməlidir (2022-ci ilin noyabrında bu rəyi 44,6%) bölüşürdü. İnteqrasiya vektorunun Rusiyaya yönəlməsini düzgün hesab edən respondentlərin sayı artıb: 17,4%-dən 22,7%-ə qədər. Bununla yanaşı, respondentlərin 12,6%-i ABŞ-a (indikator 15,5%-dən azalıb), 9,7%-i Aİ-yə, 6,5%-i Fransaya, 4,8%-i İrana meyl edir.
* Yanvarın 17-dən 24-dək Ermənistanda telefonla keçirilən sorğuda 1100 respondent iştirak edib.