82 yaşlı Qəribə nənə 30 ildən sonra Laçında VİDEO
Qaçqınkom ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlayır
82 yaşlı Qəribə nənə doğma yurda qayıdışın sevincini yaşayır Laçın rayonunun Zabux kəndinin 82 yaşlı sakini Qəribə Həsənova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb.
Artıq bir neçə gündür ki, o, kənddəki yenidən tikilmiş evində yaşayır. Zabux kəndini daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildirir, Allahdan şəhidlərimizə rəhmət diləyir.