XƏBƏRLƏR / Diplomatiya

Abbas Əraqçi Türkiyəyə gedəcək

Bu barədə “Reuters“ məlumat yayıb

Abbas Əraqçi Türkiyəyə gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasında iştirak etmək üçün şənbə günü İstanbula səfər edəcək.

    Bununla bağlı “Reuters“ Türkiyə Xarici İşlər Nazirliyindən mənbəyə istinadən məlumat yayıb.

    İclasın əsas mövzusunun İsrailin İrana hücumları olacağı gözlənilir.