Macarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb VİDEO
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib

Macarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Nazirin sözlərinə görə, qısa zamanda həmin şəxslərin Macarıstana təxliyəsi həyata keçiriləcək.
O, İran ərazisinin ardıcıl raket zərbələrinə məruz qalması və ümumiyyətlə, bu ölkədəki vəziyyət nəzərə alınaraq, təxliyə üçün müraciətlərin təmin olunmasının kifayət qədər mürəkkəb və detallı planlaşdırma tələb edən proses adlandırıb: “Azərbaycana təxliyəsi həyata keçirilən şəxslərin arasında azyaşlılar da var. Mən İrandakı səfirliyimizin əməkdaşlarına bu ölkənin ərazisini tərk etməklə bağlı göstəriş vermişəm. İran-Azərbaycan sərhədini keçən diplomatik nümayəndəliyin əməkdaşları və ailə üzvlərinin sayı 15 nəfərdir. İrandakı səfirliyimiz qısa müddət öz işini Bakıdan davam etdiriləcək. Qərar yalnız vətəndaşlarımızın təhlükəsizliyinin təminatı məqsədi daşıyır”.