XƏBƏRLƏR / Diplomatiya

Əraqçi və Uitkoff İrandakı vəziyyəti müzakirə ediblər

Əraqçi və Uitkoff İrandakı vəziyyəti müzakirə ediblər

Əraqçi və Uitkoff İrandakı vəziyyəti müzakirə ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff etiraz aksiyalarını müzakirə edib.

    Bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb.

    Mənbələrin bildirdiyinə görə, tərəflər növbəti günlərdə görüş keçirmək barədə danışıblar.

    Əraqçi və Uitkoff arasında əlaqənin telefon və ya yazılı olması barədə məlumat verilməyib.

    Ağ Ev və Dövlət Departamenti “Axios” un sorğusuna cavab verməyib.

    Qeyd edək ki, bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi Əraqçi və Uitkof arasında əlaqə kanalının açıq olduğunu və lazım olduqda bu kanal vasitəsilə hər iki tərəfin mesajlarının qarşı tərəfə göndərildiyini deyib.