XƏBƏRLƏR / Diplomatiya

Rusiya XİN müavini Azərbaycanın səfiri ilə görüşüb

Andrey Rudenko və Rəhman Mustafayev Rusiya-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə ediblər

Rusiya XİN müavini Azərbaycanın səfiri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

    Görüş barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb

    Bildirilib ki, görüş zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Rusiya-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə olunub.