XƏBƏRLƏR / Münaqişə

Abdullahiyan yanvarın 29-da Pakistana səfərə gedəcək

Bu barədə İran və Pakistan xarici işlər nazirliklərinin birgə bəyanatında qeyd olunub

Abdullahiyan yanvarın 29-da Pakistana səfərə gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran XİN rəhbəri Pakistana gedir.

    Bu barədə İran və Pakistan xarici işlər nazirliklərinin birgə bəyanatında qeyd olunub.

    Pakistan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki tərəf iki ölkənin səfirlərinin yanvarın 26-na qədər öz iş yerlərinə qayıtmaları barədə razılığa gəliblər.

    Pakistan xarici işlər nazirinin dəvəti ilə onun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan yanvarın 29-da Pakistana səfər edəcək.