XƏBƏRLƏR / Qonşular

Abdullahiyan Davosda Xaçaturyanla görüşüb

İran XİN rəhbəri Ermənistan prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Abdullahiyan Davosda Xaçaturyanla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan prezidenti İranın xarici işlər naziri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

    Ermənistan prezidenti Vaaqn Xaçaturyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Görüş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

    Bu barədə İranın İrəvandakı səfirliyi məlumat yayıb.

    “Ölkəmizin xarici işlər naziri Ermənistan prezidenti ilə görüşdə tarixi kommunikasiya marşrutlarının qorunub saxlanılmasının vacibliyini və regionda sürətlə inkişaf edən hadisələr kontekstində geosiyasi dəyişikliklərin yolverilməzliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.