ABŞ Bakı və İrəvan danışıqların davam etməsini dəstəkləyr
Dövlət Departamentinin sözçüsü Metyu Miller Paşinyan-Əliyev-Putin üçtərəfli görüşünü şərh edib
ABŞ Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsini dəstəkləyir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 25-də Moskvada keçirilən Paşinyan-Əliyev-Putin üçtərəfli görüşünü şərh edib.
“Biz görüşdə iştirak etmədik (o zalda olmamışdıq), lakin bu, bizim üçün prioritet olaraq qalır. Bildiyiniz kimi, dövlət katibi bir neçə həftə əvvəl burada Vaşinqtonda hər iki tərəfi salamladı. Biz başa düşürük ki, Brüsseldə danışıqlar o vaxtdan davam edir və biz onların davam etdirilməsini dəstəkləyirik”, - Miller bildirib.
Onun sözlərinə görə, ABŞ razılaşmanın əldə edilə biləcəyinə inanır və həll olunmamış məsələlərdə razılığa gəlmək üçün iki tərəfin birgə işləməsində israr etməyə davam edir.
Dövlət katibinin yaxın vaxtlarda tərəflərlə görüşməyi planları barədə suala cavabında o, belə görüş barədə məlumatı olmadığını deyib.