ABŞ-ın Kolumbiya Universitetində Xocalı soyqırımı yad edilib
Nyu-Yorkda yerləşən məşhur Universitetdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı konfrans keçirilib
ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur Kolumbiya Universitetində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Universitetin professor-müəllimlər evində Azərbaycan diasporu tərəfindən Xocalı soyqırımı ilə bağlı maarifləndirmə, ölkədəki mövcud vəziyyətlə bağlı real faktların çatdırılması məqsədi ilə “Xocalı xatırlayın: Ermənistan və Azərbaycan hərbi və sülh yolu ilə” mövzusunda tədbir keçirilib. Qarabağ və region, ermənilərin dezinformasiyasını boğaraq, bölgədəki sülh prosesinə və normallaşma prosesinə diqqəti cəlb edir.
İctimaiyyət üçün açıq olan konfransda Kolumbiya Universitetinin professor və tələbələri, Nyu-York və digər ştatlarda yaşayan diaspor nümayəndələri və fəalları iştirak ediblər.