Rusiya daha bir diaspora rəhbərimizi vətəndaşlıqdan çıxardı
Məmmədov Asif İvanovo vilayətində Azərbaycan diasporunun rəhbəri idi
Rusiyanın İvanovo vilayətindəki Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin sentyabr ayında Məmmədov İvanovo Şəhər Dumasına namizəd olmaq istəmiş və namizəd kimi qeydiyyatdan keçmişdi. Lakin bu məlumatın üzə çıxmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo seçki komissiyası onun qeydiyyatını ləğv etdi.
Hətta "Vahid Rusiya"ya üzvlüyü belə nəzərə alınmayıb.
1 dəqiqədən az