Rusiyada azərbaycanlının limanını əlindən aldılar
İş adamı Şahlar Novruzovun güya "ətraf mühitə ziyan vurduğuna" görə mülkiyətçi aktivləri müsadirə olunub
Rusiyanın Tuapse şəhərində məhkəmə azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus ümumi dəyəri 960 milyon rubldan artıq olan aktivlərin dövlətin gəlirinə keçirilməsi barədə qərar verib. Belə ki, Tuapse dəniz limanının səhmləri müsadirə edilərək dövlətə verilib.
Aktivlərin müsadirəsi güya kurortun tikintisi zamanı ətraf mühitə vurulan ziyanın kompensasiyası məqsədilə prokurorluğun təşəbbüsü ilə həyata keçirilib.
Nəzarət orqanının məlumatına görə, ekoloji zərərin məbləği 1 milyard rubl təşkil edir.
1 dəqiqədən az