ABŞ və İsrail nümayəndə heyətləri İranla sərhədə gedir
Səfər Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub
ABŞ və İsrail nümayəndə heyətləri İranla sərhədə səfər edəcək.
ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyətlərinin ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
Səfər Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Səfərin təşkilində əsas məqsəd Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri haqqında məlumatları dünya ictimaiyyətinə, o cümlədən İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır.
Nümayəndə heyəti Xudafərin körpüsünə baş çəkəcək, daha sonra Şuşa şəhərinə gedəcək.