Şahin Şıxlinski və Səfərov ailəsinin məhkəməsi qapalı keçir
Bu barədə Rusiya mediası yazır
Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və Səfərov ailəsinin üzvlərinin məhkəməsi media üçün qapalı keçirilir.
Rusiya mediasının məlumatına görə, "zərərçəkmiş Şirinov" (adı gizli saxlanılıb - ANS Press) bu barədə vəsatət qaldıraraq "ona qarşı təhdidlər alındığını" iddia edib. Bu mövqe prokurorluq tərəfindən dəstəklənib. Nəticədə hakim dinləmələrin qapalı keçirilməsinə qərar verib.
Xatırladaq ki, yerli Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin məhkəməsi 15 yanvarda Yekaterinburqun Kirovski Rayon Məhkəməsində başlayıb. Şahin Şıxlinski, Məzahir, Akif, Ayaz, Bəkir və Əhliman Səfərov qardaşları və Şücayəddin Rəcəbov müttəhimlər kürsüsündədirlər. Onlar qətl, qətlə cəhd, qətldə iştirak və dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham olunurlar. Bütün təqsirləndirilən şəxslər günahsız olduqlarını bildiriblər.
1 dəqiqə