Tbilisi Cümə məscidinin ərazisində yanğın baş verib VİDEO
Yanğın Gürcüstan paytaxtının azərbaycanlılar yaşadığı məhəllədə yer alıb

Tbilisi Cümə məscidinin ərazisində, Nəbatat bağına gedən yolda yanğın baş verib.
Yanğınsöndürənlər hadisə yerindədir.
Qeyd edək ki, həmin məhəllədə azərbaycanlılar məskunlaşıblar.
Yanğının təfərrüatları və səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, Cümə məscidi XVIII əsrin əvvəllərində tikilib.
O, bir çox çətinliklərdən, o cümlədən farslar tərəfindən dağıdılandan sonra "sağ" çıxdı, bundan sonra italyan memarı Giovanni B. Scudierinin layihəsinə uyğun olaraq bərpa edildi.
Bu bina XIX əsrin sonlarına qədər dayandı, sonra yenidən dağıdıldı. İndiki məscid binası 1911-ci ildə tikilib.