ABŞ müdafiə naziri intensiv terapiya şöbəsinə yerləşdirilib
Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir
Pentaqonun rəhbəri Lloyd Ostin dünən gecə intensiv terapiya şöbəsinə yerləşdirilib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
“Bu gecə bir sıra analiz və müayinələrdən sonra Lloyd Ostin Walter Reed adına Milli Hərbi Tibb Mərkəzinin reanimasiya şöbəsində köçürülüb. Onun xəstəxanada qalacağı müddət məlum deyil. Mövcud problem onun prostat xərçəngi xəstəliyinə heç bir təsir göstərmir”, - deyə məlumatda bildirilir.
Bir müddət öncə Lloyd Ostinin sidik kisəsində yaranmış problemlə bağlı xəstəxanada müalicə olunmuşdu.
O, vəzifələrini icrasını müvəqqəti olaraq müavini Ketlin Hiksə həvalə edib. Pentaqon rəhbəri sonuncu dəfə yanvarın 1-də prostat xərçəngi ilə bağlı əməliyyatdan sonra yaranan infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, 70 yaşlı Lloyd Ostin 2021-ci ilin yanvarından Pentaqona rəhbərlik edir.