ABŞ Senatının komissiyası Qarabağ dinləmələri keçirəcək
Bu barədə məlumat komissiyanın saytında yerləşdirilib
ABŞ Senatının Xarici Əlaqələr Komissiyasında keçiriləcək Qarabağ dinləmələri sentyabrın 14-nə təyin edilib.
Bu barədə məlumat komissiyanın saytında yerləşdirilib.
Müzakirələr zamanı ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlara dair baş müşaviri Lui Bono və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin çıxış edəcəyi gözlənilir.
Sentyabrın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos adına İnsan Hüquqları Komissiyasında Laçın yolunu bağlanması nəticəsində Qarabağın dağlıq hissəsində yaranmış vəziyyətlə bağlı dinləmələr keçirilib. İclasda iki əsas məruzəçi - çıxış edib. Hər ikisi ermənipərəst olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo və Corctaun Universitetinin professoru Devid Fillips Azərbaycan əleyhinə danışıblar.