XƏBƏRLƏR / Siyasət

ABŞ Əliyevin amnistiya mümkünlüyü barədə fikrini alqışlayır

Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib

ABŞ Əliyevin amnistiya mümkünlüyü barədə fikrini alqışlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Bakı və İrəvan arasında sülh sazişinə hazırlıq prosesindən razı olduğunu bildirib: "Biz şadıq ki, Ermənistan və Azərbaycan arasında dialoq davam edir. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh əldə edilə bilər. Biz bu yaxınlarda baş nazir Nikol Paşinyanın sülh prosesinə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və Prezident Əliyevin amnistiya mümkünlüyü ilə bağlı son bəyanatlarını alqışladıq".