ABŞ Cənubi Qafqazda nə tapıb?
1990-cı illərin əvvəllərindən bəri ABŞ regionda fəal iştirak edir
ABŞ-ın Cənubi Qafqazdakı fəaliyyətinin səbəbini anlamağa çalışarkən tez-tez bir sual ortaya çıxır: Vaşinqton Qafqazda nə itirib?! Biz əks istiqamətdə düşünməyə və ABŞ-ın bölgəmizdə nə tapmaq istədiyini anlamağa çalışacağıq.
1990-cı illərin əvvəllərindən bəri ABŞ regionda fəal iştirak edir. Onun ən böyük nailiyyəti Azərbaycandan Aralıq dənizinə neft kəmərinin çəkilməsi idi. Layihənin həyata keçirilməsindən sonra Obamanın rəhbərliyi altında ABŞ praqmatik yanaşmadan ideoloji yanaşmaya keçidə başladı ki, bu da münasibətlərdə böhranlara səbəb oldu.
Obama ABŞ-ın regiondakı maraqlarından imtina edərək, Azərbaycan və Ermənistan arasında sülhə əhəmiyyət vermədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəklədi. Rusiya diplomatiyası solçu-liberal dairələr tərəfindən ABŞ prezidentliyinə gətirilmiş bu təsadüfi şəxsdən məharətlə istifadə etdi.
Bu gün regionda yeni parametrlər ortaya çıxır: Azərbaycan və Ermənistan arasında sülh, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və qalan kommunikasiyaların açılması. Trampın rəhbərliyi altında ABŞ yeni paramterləri nəzərə alaeaq və onları təşviq edərək, regional proseslərdə fəal iştirak etməyə başladı. ABŞ-ın İran və Rusiyadan fərqi də məhz budur.
Mümkün geosiyasi səbəblər
Əvvəlcə coğrafiyanın əsas anlayış kimi çıxış etdiyi geosiyasi amilləri nəzərdən keçirəcəyik. Cənubi Qafqaz Rusiya ilə İran arasında yerləşən bir bölgədir və Moskva ilə Tehran hazırda ən zəif vəziyyətdədirlər. Rusiyanın Gürcüstanla problemlərini həll etmək, yəni Abxaziya və Sxinvali bölgəsinin Gürcüstana qaytarılmasını asanlaşdırmaq niyyəti yoxdur; Rusiya Ermənistanla hələ illərlə davam edəcək ağrılı bir ayrılıq prosesi yaşayır; Azərbaycanla isə yeni bir normallıq formalaşır.
İran isə müharibədən sonra bir neçə il özünə gələcək, hələ yeni toqquşmaların da baş verməsi mümkündür.
ABŞ üçün Mərkəzi Asiyaya çıxış onun motivasiyasının vacib bir hissəsidir və Mərkəzi Asiya istiqamətində görülən bütün işlər Vaşinqtonun Cənubi Qafqazdakı marağına əlavə dəyər qatır.
Həmçinin, burada Çinlə rəqabət məsələsi də var. Pekin artıq region ölkələri ilə strateji tərəfdaşlıqlar qurub, ticarət dövriyyəsini artırır və region ölkələrini ŞƏT-ə cəlb edir.
Başqa sözlə, geosiyasi şərtlər aydındır...
Mümkün iqtisadi səbəblər
ABŞ-ın Azərbaycan və Ermənistanla münasibətlərinin iqtisadi məzmunu ən yüksək səmərəliliklə inkişaf etdirilir. Genişmiqyaslı hazırlıq işləri aparılır, diplomatik nümayəndəliklər, şirkətlər və infrastruktur təminatçıları müntəzəm olaraq regiona səfər edir, artıq konkret layihələr üçün maliyyə ayrılıb. Başqa sözlə, hər şey çox ciddidir. Region ölkələri ABŞ-ın iqtisadi maraqlarına konstruktiv yanaşma nümayiş etdirirlər.
ABŞ-ın Aİ-nin qismində köməkçisi də var, Avropa ölkələrinin resursları geosiyasi və iqtisadi məqsədlərə çatmağa yönəldilə bilər.
Beləliklə də ABŞ-ın regionda tapa biləcəyi çox şey var.
Azərbaycan ənənəvi olaraq regiondakı xarici qüvvələrin fəaliyyətinə ehtiyatla yanaşıb. Lakin indi ABŞ ilə keyfiyyətcə yeni münasibətlərə nail olmaq üçün tarixi bir fürsətdir. Buraya 907-ci maddənin tamamilə ləğv edilməsi, münasibətlərin institusionallaşdırılması və Mərkəzi Asiyaya çıxış üçün yeni strateji funksiya daxildir. Bu vacib komponentlərlə yanaşı, ticarət, silah əldə etmək, investisiya qoyuluşu, olduqca vacib texnologiyaların əldə edilməsi və ABŞ-da maliyyə aktivlərinin yerləşdirilməsi imkanı da mövcuddur.
4 dəqiqə