
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində “Cessna” təyyarəsinin yaşayış məntəqəsinə çırpılması nəticəsində bir neçə nəfər ölüb.
Bu barədə CNN məlumat yayıb.
VİDEO
Məlumata görə, ölənlərin hamısı təyyarənin göyərtəsində olanlardır. Hələlik dəqiq neçə nəfərin öldüyü barədə məlumat yoxdur.
Təyyarədə pilot da daxil olmaqla 8-10 nəfərin ola biləcəyi xəbər verilib. İlkin məlumatlara görə, dağılmış 15 evin sakinlərindən heç biri ciddi xəsarət almayıb. 100-ə yaxın insan təxliyə edilib. Ərazidəki yanğınlardan biri istisna olmaqla, hamısı söndürülüb.
Təyyarə yaxınlıqda yerləşən Montqomeri Fild hava limanına uçurmuş.