ABŞ-də qar fırtınası: 51 nəfər ölüb YENİLƏNİB
Əlverişsiz hava şəraiti təxminən 200 milyon ABŞ sakininə təsir edib
11:33
ABŞ-da güclü qar fırtınası nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
Bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, ölüm halları Luiziana, Tennessi və Kentukki ştatlarında qeydə alınıb.

Nyu-York küçələrində isə 10 nəfərin meyiti tapılıb.

Daha əvvəl qar fırtınası nəticəsində ölənlərin Massaçusetts, Ohayo, Arkanzas, Texas və Kanzas ştatlarında da olduğu açıqlanıb.

ABŞ-ın Milli Meteorologiya Xidmətinin yaydığı məlumata görə, ölkənin Orta Qərb və Şimal-şərq bölgələrində şaxtalı hava şəraitinin cümə axşamına qədər davam edəcəyi gözlənilir.
Təbii fəlakət Arkanzasdan Yeni İngiltərəyə qədər uzanan, təxminən 2,1 min kilometr ərazini əhatə edib.
***
08:35
ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.
Bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Ölənlər arasında Nyu-York, Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Texas və Cənubi Karolina ştatlarının sakinləri var.
Əlverişsiz hava şəraiti təxminən 200 milyon ABŞ sakininə təsir edib, bəzi yerlərdə qar örtüyünün hündürlüyü 40 sm-ə çatıb. Çətin hava şəraiti səbəbindən ölkədə 20 minə yaxın aviareys ləğv edilib. "PowerOutage" monitorinq resursunun məlumatına görə, 448 mindən çox istehlakçı hələ də işıqsız qalıb ki, onların da əksəriyyəti Tennessi (147 373) və Missisipi (128 462) ştatlarının payına düşür.
ABŞ Milli Meteorologiya Xidmətinin qiymətləndirməsinə görə, qar fırtınasından təsirlənən bəzi ştatlar son onilliklərin ən uzunmüddətli soyuq dövrü ilə qarşılaşa bilər.
1 dəqiqə