XƏBƏRLƏR / Diplomatiya

ABŞ Dövlət katibi Marko Rubio İrəvana gəlir

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi xəbər yayıb

ABŞ Dövlət katibi Marko Rubio İrəvana gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Xarici İşlər Nazirliyi xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək.

    Məlumatda bildirilib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Marko Rubio arasında görüş keçiriləcək və bundan sonra nazirlər mətbuata açıqlama verəcəklər.

    Eyni zamanda, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.