ABŞ-İran danışıqları sabah Dohada keçiriləcək?
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb YENİLƏNİB
17:53
ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Dohada İranla danışıqlar üçün gözlənilən görüşdə iştirak edəcəklər.
"The Times of Israel" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News"a müsahibəsində bildirib.
O qeyd edib ki, xüsusi elçi Uitkoff və Cared Kuşner bu həftə yüksək səviyyəli görüşlərdə iştirak etmək üçün Dohaya yola düşəcəklər.
"Biz orada qarşılıqlı anlaşma memorandumunun müzakirəsini davam etdirəcəyik. Bu yüksək səviyyəli danışıqlar çərçivəsində texniki danışıqlar da baş tutacaq", - o vurğulayıb.
***
15:53
ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb.
"İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.
Xatırladaq ki, bir neçə saat əvvəl İran xarici işlər nazirinin müavini Qəribabadi qeyd edib ki, İran və ABŞ arasında texniki görüş bu həftə keçirilməyəcək.
Tramp, həmçinin başqa bir paylaşım edib və orada WTI markalı neftin bir barelinin 69 dollar olduğunu yazıb.
"WTI markalı neft - 69 dollardır və qiymət azalmağa davam edir. Bu, İranın nüvə silahından imtina prosesinə başlamazdan əvvəlki göstəricidən aşağıdır!", - Tramp vurğulayıb.
1 dəqiqə