ABŞ İran məsələsi üzrə xüsusi nümayəndəsinin müavini Bakıda
Görüşlərdə regionla bağlı müzakirələr aparılıb

ABŞ-nin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli Azərbaycana səfər edib.
Səfər zamanı diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşüb.
Görüşlərdə İran, sanksiyaların tətbiqi və regionla bağlı müzakirələr aparılıb.