XƏBƏRLƏR / İctimaiyyət

ABŞ Prezidenti Putinə həyat yoldaşının məktubunu verib

Bu barədə “Reuters” agentliyi məlumat yayıb

ABŞ Prezidenti Putinə həyat yoldaşının məktubunu verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ölkənin birinci xanımı Melaniya Trampın məktubunu ona təqdim edib.

    Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

    Nəşrin məlumatına görə, ABŞ-ın birinci xanımı məktubda Ukrayna və Rusiyadakı uşaqların vəziyyəti ilə bağlı mövzuya toxunub.

    "Məktubun məzmununu açıqlamayan rəsmilər orada yalnız Ukraynada müharibə nəticəsində uşaqların oğurlanmasından bəhs edildiyini bildiriblər", - agentlik yazır.

    Qeyd edək ki, Melaniya Tramp həyat yoldaşını Ankoricə səfəri zamanı müşayiət etməyib.