ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana sanksiya elan edir
Bu anonsu ABŞ Dövlət katibi Antoni Blinken verib
"ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana, o cümlədən Iran Air aviaşirkətinə qarşı bu gün yeni sanksiyalar elan edəcək", - Blinken
ABŞ Dövlət katibi Antoni Blinken həmçinin bildirib ki, Bayden cümə günü Böyük Britaniyanın Baş naziri ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirmək icazəsini müzakirə etmək niyyətindədir.