"AÇG” və “Şahdəniz”dən 170 milyard ABŞ dolları gəlir olub
Bunu energetika naziri Pərviz Şahbazov deyib
“Azəri-Çıraq-Günəşli və "Şahdəniz" yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb. Bunu energetika naziri Pərviz Şahbazov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.
Nazir bildirib ki, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və “Şahdəniz” qaz yatağı layihələrindən 170 milyard ABŞ dolları məbləğində gəlir əldə edilib.