BLOQ

Açıldı mücrü, örtüldü mücrü...

Niyə müsəlman dünyasından Faberje kimi bir məşhur zərgər çıxmadı?

Açıldı mücrü, örtüldü mücrü...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gördüyünz bu mücrülər məşhur fransız zərgəri Faberjenin əl işləridir. Onu daha məşhur edən "yumurtalar" isə tam ayrı mövzudur. Amma məqsədim tam başqadır.

    Tarix boyu kişilərə zinət əşyalarını (qızıl və gümüşü) haram edəm şəriət alimləri nədənsə xidmət etdikləri hökmranların, az qala, atlarının nalının mismarını qızıldan sifariş vermələrinə etiraz etmirlər.

    Siz mənə həmin dövrlərdə (orta əsrlərdə) yaşamış bir məşhur şəriət alimi göstərin ki, hansısa hökmdara bu qədər israfçılığa görə, heç olmasa, tövsiyə etsin, ya heç olmasa, kitabında qeyd etsin.

    Elə bir dövr ki, İraq və İranda İmamların məqbərələrinin üstü, yəni günbəz və minarələri insanlar aclıq və səfalət içində yaşadıqları bur dövrdə tonlarla qızıla bürünür. Və alimlər bu israfçılığa da bir söz demirlər.. Bu da belə...

    Amma başqa bir məqam da diqqətdən kənarda qalmır. Həmin dörlərdə zinət əşyalarının geniş istifadə olunmasına baxmayaraq, dünyaca bir müsəlman zərgər nə gözə dəyir, nə tarixə düşür. Desək olmayıb və hamısını avropalılar düzəldib, düz olmaz. Hə, başa düşdük şəriət rəsm, heykəltaraşlıq və musiqini haram etdiyi üçün müsəlman dünyasından bir nəfər də olsub Mikelancelo kimi məşhur rəssam və ya Stradivari kimi məşhur skripka ustası çıxmır. Bəs zərgər? Axı qadınlara haram  deyildi. Niyə Faberje kimi bir məşhur zərgər çıxmadı?

    Bu araşdırmaya ehtiyac duyan bir məsələdir...