BLOQ

İslamda bürc anlayışı 

İslamda bürclər varmı?  

İslamda bürc anlayışı 
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün astronomiya elminə məlum olan Günəş sistemində 9 planetin olmasıdır. Bu 9 planet öz oxu ətrafında dövr (hərəkət) etməklə yanaşı, digər 4 hərəkətə də sahibdir.

    1. Günəşin ətrafında dövr; 

    2. Hamısının birlikdə şərqdən qərbə etdiyi hərəkət;

    3. Cənubdan şimala etdikləri hərəkət;

    4. Bir-birlərinin ətrafına etdikləri hərəkət (bu peyklərə aiddir).

    Planetlər şərqdən qərbə hərəkət edərkən qalaktikada qərar tutan ulduz toplumlarının, yəni bürclərin yanından ötüb keçirlər. Həmin ulduz toplumlarının sayı 12-dir.Onların hər birinin yanından digərinin yanına çatmaq üçün bizim qərar tutduğumuz Yer kürəsi tam bir ay vaxt sərf etməli olur. Bu elmdir və kimsə bunu inkar etmir. 

    Ammmmmmmaaaaaaa! Yer kürəsinin bu bürclərin yanından ötüb keçdiyi bir müddətdə dünyaya gələn insanların qoroskoplarda qeyd olunanlarla heç bir əlaqəsi yoxdur. Çünki insanın xarakter və taleyini müəyyən edən  bürclər deyil, onları yaradan Allahdır. Daha dəqiq desək, insanı azad və muxtar yaradan Allahın insanın qərar tutduğu məkan, şərait, cəmiyyətdə özünü necə aparması, baş verən hadisələrə necə reaksiya verməsi, cəmiyyət üzvləri ilə davranması, öz seçim və zövqü ilə qidalanması, hətta geyinməsi və müxtəlif peşələrə sahib olmasıdır. Bu siyahıni daha da uzatmaq olar. Və onların hər biri insana öz təsirini qoyur və bu qaçılmazdır. 

    Lakin gecə yuxusu gəlməyən bəzi şəxslər oturub bu kimi cəfəngiyyatlarla məşğul olur və səhəri də millətin başına fal çuvalı salır. 

    İndi də Qurana nəzər salaq. Quranda bürc kəlməsi həm göy cisimləri, həm də "qala" mənasında istifadə olunub. Yəni qeyd olunanlardan əsər-əlamət belə yoxdur.

    İndi mən üzümü Allahın yaratdığı bürcləri çörək ağacına çevirənlərə tutub soruşuram: Bəzən Yer kürəsi həmin bürclərin yanından ötüb keçərkən əkiz uşaqlar dünyaya gəlir, amma fərqli xasiyyətlərdə. Bir-birinin ardınca, 15-20 dəqiqə fasilə ilə dünyaya gələn bu uşaqlar nə üçün eyni xasiyyətə malik olmurlar? Hörmətli Firudun Qurbansoy mənim tək bu sualıma cavab versin...

    Bəli, hər zaman olduğu kimi, o bu dəfə də əzbərlədiyi bir neçə qədim astronomiya kitabının adını çəkə bilər. Onda ona başqa bir sual verəcəyəm. Bəs o kitablar nə əsasında yazılıb - Quran, yoxsa elmi təcrübə?