BLOQ

Açıq yorum

Həmid Herisçinin “GÜNAZ TV”-də fəal iştirakı başlayıb

Açıq yorum
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Yazıçı, şair Həmid Herisçinin “GÜNAZ TV”-də fəal iştirakı başlayıb.  

    Aparıcı Ümüd Nəccarın “Açıq yorum” verilişində ardıcıl görünən Herisçi əvvəlcə “Fransa-Ermənistan-İran-Hindistan” əməkdaşlığı mövzusunu işıqlandırıb: “Tandemdə dirijor çubuğu Fransa, İran, Hidnistana məxsusdur. Paris əvvəlcə Gürcüstanla Ermənistanın siyasi elitalarını, yəni yuxarıları silkələdi. Əməliyyatın ilk abzasında öz vətəndaşı Salome Zurabaşvilini hakimiyyətə gətirdi. Sonra Nikol Paşinyan İrəvan küçələrini silkələdi. Hakimiyyətə yiyələndi. Yəni, Tiflislə İrəvanının siyasi elitaları eyni vaxtda - 2018-ci ildə Paris tərəfindən dəyişdirilib. Hadisələrin ardıcıllığı, planlı inkişafı çox düşündürücüdür. Görünür, cari hadisələr 2018-ci ildən planlı şəkildə idarə olunur”.

    Salome Zurabaşvilinin sabiq həyat yoldaşı Nikolaz Gürcüstaninin İran vətəndaşı olduğuna diqqət çəkən Herisçi davam edib: “Solome Zurabaşvili bioqrafiyasındakı bu incəlik də diqqətimizdən qaçmamalıdır”.

    Sonra Herisçi mövzunun əhatə dairəsini genişləndirib. İranın bu plandakı iştirakından xeyli danışıb: “Parisin istəyi aydındır. Tehran Güney Qafqazda Moskva ilə əlaqələrini azaldıb Dehli, Parislə əlaqə tellərini möhkəmlətməlidir. Vaxti ilə Napaleon dövründə Paris Qacarlara, Abbas Mirzəyə də oxşar təkliflər vermişdi. Yəni Parisin Tehrana təklifləri köhnədir. O vaxt da bu səylər uğursuz nəticələndi, indi də, inşallah, belə olacaq”.

    Herisçi öz “Açıq yorum”larında təkcə siyasi şərhlərlə kifayətlənməyib. Məsələnin iqtisadi tərəfini göstərib: “Gürcüstannın Qara dənizdəki dərin limanlarından Ərəb körfəzinədək, Hindistana qədər uzanan yollara yeni asfalt örtüyü vurulur. Bu mövzuda yeni səhmdar daşımaçılıq şirkəti yarancaq. Yəni, bizim Transxəzər, Turan yolumuza  qarşı yeni ticarət marşrutu yaradılır. Hindistan səhmdarları arasında məşhur “Tata” şirkətinin fəallığı gözlənilir. Bombey, Paris borsaları artıq “Paris-Gürcüstan-Ermənistan-İran-Hindistan”  mövzulu iqtisadi layihələr hazırlayırlar”.

    Müzakirə iştirakçılarından biri bu vaxt qeyd edib ki, adıçəkilən “Tata” şirkəti, İran "Sepah"ı ilə  birgə maliyyə, pul qaçaqmalçılığı ilə bağlıdır. Yəni, yeni yaranan “Paris-Tiflis-İrəvan-Tehran-Bombey” xəttində bu köhnə əməkdaşlıq mütləq yeni məzmun qazanacaq.
    Herisçi qeyd edib ki, Bakı, yeni yaranan Türk dünyası öz iqtisadi maraqlarını bu “Paris-Tiflis-İrəvan-Tehran-Bombey” tandemindən qorumağa məhkumdur: “Marşrutun keçdiyi ərazidə Təbrizin mövcudluğu bizim üçün göydəndüşmə fürsətdir. Təbriz hər iki marşrutların düyün nöqtəsidir. O hər iki marşrutu həm də barışdıra bilər”.

    Ümüd Nəccarinin apardığı “Açıq yorum”da Herisçinin ikinci iştirakı da çox maraqlı idi. 1918-ci ilin martında Xoy, Urmuda ermənilər tərəfindən törədilən azərbaycanlıların soyqırımı mövzusunu müzakirəyə çıxaran Umud Nəccari Herisçidən soruşub: “Siz burada 1918-ci ilə Bakı soyqırımının məşqini görməyirsinizmi?”

    Həmid Herisçi sonrakı müzakirəni məhz bu parelelərlə davam etdirib. Mövzunu müasirləşdirib. Günümüzə, müasir gündəmə gətirərək deyib: “Səttərxan, Bağırxan qatilləri daşnak Yefrem, kürd separatçıları idi. İndi də həmin bu qüvvələr Urmuda, bütün Güneydə oxşar təxribatlarını davam etdirirlər. "Sepah" bu xəttə hər cür dəstək göstərir”.

    Veriliş əsnasında Herisçi çox nadir bir videonu sərgiləyib (https://www.facebook.com/aziz.rzazadeh/videos/791402745333107).
    Görüntülər üzücüdür - Rus, erməni, belorus hərbiçiləri təlimdədirlər. İran PUA-larını mənimsəyirlər.
    Paraddakı iştirakları, başları üzərindəki "ARMENİA, RUSSİA, BELARUS" sətirləri inkaredilməzdir. İri hərflərlədir.

    Herisçi bu lenti sərgiləyərək Güney tamaşçılarına müraciət edib: “"Sepah"ın yaddaşı qısadır. Ermənilər 1918-ci ildə yüz minlərlə insanı Urmuda, Xoyda qətlə yetiriblər. Niyə bu qatillərə ən yeni PUA-lar veririsiz? Texniki heyətini Kaşandakı hərbi bazada yetişdirirsiz?”.

    Beləliklə, Həmid Herisçi indi daimi ekspetr kimi “Günaz TV”-nin “Açıq Yorum” iştirakçısıdır. Teleaparıcı Ümüd Nəccari ilə hər ikisinə uğurlar arzulayırıq.

    Verilişləri izləyin.


    P.S. Dünən Parisdəki İran səfirinin dəyişdirilməyi də eyni siyasətlə bağlıdır. Yeni səfir yeni siyasət vəd edir. "Sepah"la daşnakların nəzarət etdiyi Zəngəzurda da kadrlar öz siyasi yönünü dəyişdi bu günlərdə. Şəhər meri daşnaklardan ayrılıb Paşinyan partiyasına üzv oldu. "Sepah"la daşnakların tandemi xeyli zəiflədi burda.