BLOQ

Action

"Ekşin"ə reallaşdırılmış bilgisayar oyunu

Action
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Moskvada bizə real Novruz tonqalı hədiyyə etdilər.

    Virtual, sırf mədəni Novruz döndü ACTION-a, yəni "ekşin"ə reallaşdırılmış bilgisayar oyununa.

    Sözsüz, əməliyyat dəfələrlə bilgisayarda təkrarlanıb. Proqramlaşdırılıb.

    Rəqəmsal şəkildə ötürülüb icraatçı superterrorçulara.

    Əməliyyatın, bir bilgisayar oyunundan götürüldüyü də mümkündür.

    İndi gərək fikirləşək hansı bilgisayar oyunun reallaşmağıdır o?

    Terrorçuları süni intelekt də idarə edə bilərdi.

    Yəni, əməliyyatdan, inanın, "Süni terrorçu" ətri gəlir.

    Əməliyyat, "neo" mənşəli, yəni tam yenidir. Burada hansısa yeni texnologiya sınaqdan çıxarılıb. Bu yeni texnologiyanı aşkarlamasaq, əməliyyatın məzmunu bizə qaranlıq qalacaq.

    Adətən bu cür əməliyyatlar kor-koranə, məqsədsiz, üzdə görünən kimi xaotik olmur. Dəqiq ünvanları təqib edir. Misal üçün, elan edilməsə də, ortada girov söhbəti də ola bilər.

    İkincisi.
    Ən vacibi.
    Bəzən rəsmi qurumlar birbaşa hücun edə bilmədiyi yerləri əvvəl terrorçuların adı ilə basırlar.

    Sonra, rəsmi antiterror dəstəsi terroru bəhanə edərək əraziyə daxil olur.

    Ötən il İsraildə HƏMAS terrorçuları "Supernova Sukkot Gathering" musiqi festivalına hücumla bu cür əməliyyatlara ilk pasport qeydiyyatı verdilər. Görünür, indi kimsə yenidən bu əməliyyatı bir başqa ünvanda təkrarlamaq istəyib.

    Əməliyyatın ssenarisi eynidir. İcraçıları da eyni ola bilər.

    Qurbanlar barədə məlumatlar var. Girovlar barədə isə məlumat verilmir. Təki girovlar olmasın.

    P. S. ABŞ, demə, öncədən Moskvanı  bu terror olayı ilə bağlı xəbərdar edibmiş.