XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Ağdama çatıb, açarlar paylanılıb

Bu mərhələdə Ağdam şəhərinə 90 ailə (346 nəfər) köçürülüb

Növbəti köç karvanı Ağdama çatıb, açarlar paylanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:15

    Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

    Ağdam şəhərinə köç edən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

    Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    Bu mərhələdə Ağdam şəhərinə 90 ailə (346 nəfər) köçürülüb.

    ***

    09:39

    Bu gün Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

    Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Ağdam şəhərinə 90 ailə (346 nəfər) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

    Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.