XƏBƏRLƏR

Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır

Yaralıya hər iki ayağın travmatik amputasiyası diaqnozu qoyulub

Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:48

    Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Xəstəxanadan bildirilib ki, yaralıya hər iki ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda əməliyyatdadır, vəziyyəti ağır qiymətləndirilir.

    ***

    12:10

    Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib.

    Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında deyilir.

    Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb. 

    Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

    "AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda vurğulanıb.