XƏBƏRLƏR / Qayıdış

Ağdərədə pulemyot aşkarlandı

DİN xəbər verir

Ağdərədə pulemyot aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları Ağdərədə qumbaraatan və pulemyot aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissəsləri aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.