XƏBƏRLƏR / Qayıdış

Əsgər Ruslan Pənahov Vətənə qayıdıb

Göyərtəsində azərbaycanlı hərbçi olan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib

Əsgər Ruslan Pənahov Vətənə qayıdıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində itkin düşdüyü üçün bundan əvvəl şərti Azərbaycan-Ermənistan dövlət sərhədini pozan və Ermənistan tərəfi tərəfindən saxlanılan Azərbaycan ordusunun hərbi qulluqçusu Ruslan Eldəniz oğlu Pənahov Azərbaycana qaytarılıb.

    Yerli KİV-in məlumatına görə, göyərtəsində azərbaycanlı hərbçi olan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

    "Sputnik Armenia" yazıb ki, Ruslan Pənahov İrəvandan Bakıya gətirilib.