Ağdərənin elektrik təsərrüfatı yenidən qurulur VİDEO
“Azərişıq” ASC xəbər verir
“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir.
ASC-dən bildirilib ki, rayon ərazisində 0,4 və 35 kilovoltluq elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri Ağdərənin Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ kəndlərini də əhatə edib. Həmin ərazilərdə 35/0,4 kilovoltluq Komplekt Transformator Məntəqələrinin quraşdırılması həyata keçirilir.
Köç olan digər yaşayış məntəqələrində – Çapar, Heyvalı və Vənglidə də elektrik şəbəkəsi yenilənir. Həmin ərazilərdə 0,4 və 35 kilovoltluq metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir-bərpa işləri davam etdirilir.