Qayıdış

İrəvan qazısının fəaliyyəti bərpa olunub YENİLƏNİB

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası iclas keçirir

İrəvan qazısının fəaliyyəti bərpa olunub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:58

    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısına Bəxtiyar Nəcəfovin namizədliyi irəli sürülüb.

    QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib.

    ***

    10:59

    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısının fəaliyyətinin bərpa olunması ilə bağlı iclas keçirilir.

    İclasda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və deputatlar iştirak edirlər.