XƏBƏRLƏR / Hadisə

Ağstafada çay içən gəncin başına ağac budağı düşdü

O, aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib

Ağstafada çay içən gəncin başına ağac budağı düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağstafada 23 yaşlı gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Səməd Vurğun Parkında qeydə alınıb.

    Ağstafa şəhər sakini Seymur Məmmədov yoldaşları ilə çay içən zaman anidən ağaclardan birinin qurumuş budağı gəncin üzərinə düşüb.

    Hadisə zamanı baş nahiyəsindən ağır xəsarətlər alan Seymur Məmmədov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı məlum olub ki, o, aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.