Aİ Cənubi Qafqazda təhlükəsizlik və enerjiyə diqqət yetirir
"Euronews" AK Prezidenti fon der Lyayenin Azərbaycana səfəri haqda reportaj yayıb VİDEO
Aİ təhlükəsizlik və enerji məsələlərini həll etmək üçün Cənubi Qafqaza diqqət yetirir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyanenin Azərbaycana səfəri Aİ-nin Cənubi Qafqaza artan strateji marağını əks etdirir. Brüssel regiona enerji təhlükəsizliyinin təmin edilməsində, alternativ nəqliyyat marşrutlarının inkişaf etdirilməsində və regional sabitliyin gücləndirilməsində əsas element kimi baxır.
Reportajda qeyd olunur ki, Ukraynada davam edən müharibə fonunda Aİ enerji təchizatını şaxələndirməyə, Orta Dəhlizi inkişaf etdirməyə və Azərbaycanla təkcə qaz sahəsində deyil, həm də nəqliyyat, rəqəmsal infrastruktur və bərpa olunan enerji sahələrində əməkdaşlığı genişləndirməyə çalışır.
Bu kontekstdə fon der Lyayenin Azərbaycan və Ermənistana turu Brüsselin Cənubi Qafqazdakı mövcudluğunu gücləndirmək üçün daha geniş strategiyasının bir hissəsi kimi qəbul edilir.