"Aİ Ermənistanı tovladıb, ona çətin olan vədlər verir"
Bu fikri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin səsləndirib
Avropa İttifaqı (Aİ), Rusiya Ermənistan mallarına sanksiya tətbiq etdikdən sonra erməni gülləri, meyvə və tərəvəzini Avropa ərazisində satmağa imkan yaradıb.
Ermənistana sanksiya tətbiq edən Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin "Avropanın Ermənistanı tovladıb aldadacağına" əmin olduğunu bəyan edib. Nazir müavini bu və başqa Cənubi Qafqaza aid olan məsələlərlə bağlı RTVİ televiziyasına müsahibə verib
Qaluzin deyib: 'Brüsseldə Ermənistan mallarının muxtar ticarəti üçün hazırlanan tədbirlər tamamilə siyasiləşdirilib və bir daha Aİ-nin Rusiya əleyhinə mahiyyətini təsdiqləyir. Onlar yerinə yetirilməsi çətin olan vədlər verərək Ermənistanı tovladıb, öz tərəflərinə çəkməyə çalışırlar".
1 dəqiqədən az