XƏBƏRLƏR / Siyasət

Avrokomissar Marta Kos Ağdama da gedəcək

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Marta Kos Azərbaycana gəlir

Avrokomissar Marta Kos Ağdama da gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Bakıda olacaq.

    Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi xəbər verir ki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

    Bundan əlavə, komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

    Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.