NATO-nun Baş katibi artıq Ermənistandadır YENİLƏNİB
Yens Stoltenberq və Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh sazişi məsələsini müzakirə edib
Ermənistanda səfərdə olan NATO Baş katibi Yens Stoltenberq baş nazir Nikol Paşinyanla görüşüb.
Görüşdə Ermənistan-NATO münasibətləri, regional məsələlər müzakirə edilib.
Tərəflər eyni zamanda Bakı ilə İrəvan arasında sülh sazişi məsələsini də müzakirə edib.
“Bu gün görüşümüzdə Cənubi Qafqazda stabilliyin vacibliyini müzakirə etdik. Biz daha təhlükəli dünya ilə üz-üzə qaldıqca, bu, Avro-Atlantikanın təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir”.
Bunu NATO Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla mətbuata birgə bəyanatında deyib.
O bildirib ki, illərlə davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın dayanıqlı sülh əldə etmək fürsəti yaranıb.
Stoltenberq Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb.
“Ona görə də mən hər iki ölkəni münasibətlərin normallaşmasına yol açan və sizin xalqlarına dayanıqlı sülh gətirəcək müqaviləni tez bir zamanda imzalamağa çağırıram”, – NATO Baş katibi qeyd edib.