Növbəti G7 sammiti İtaliyada keçiriləcək
Bu barədə İtaliyanın Baş naziri bildirib
Gələn il G7-yə İtaliya sədrlik edəcək. Bu barədə İtaliyanın Baş naziri Georgi Meloni bildirib.
O qeyd edib ki, Avropa Parlamentinə seçkilərdən sonra ölkənin cənubundakı Puliya regionunda G7 sammiti keçiriləcək.
Meloni bildirib ki, İtaliya sammitinin gündəliyində Aralıq dənizi və Afrika mövzuları olacaq.