Böyük Britaniyanın dövlət naziri Ermənistana səfər edir
Leo Doçerti mayın 22-23-də İrəvanda olacaq
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Doçerti Ermənistana səfər edir.
Səfər mayın 22-23-də baş tutacaq.
Britaniyalı nazirin səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş təşkil olunacaq.
Xatırladaq ki, bu ilin fevralında Doçerti Bakıda səfərdə olub, bir müddət əvvəl isə Londonda Milli Məclisin sədri Sahibə Qafarova ilə danışıqlar aparıb. Sonra Doçerti bildirib ki, Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşıdır.
"Azərbaycan öz regionunda sabitləşdirici funksiyanı yerinə yetirir", - Böyük Britaniyanın dövlət naziri bildirib.