XƏBƏRLƏR / Siyasət

Bu gün Düşənbədə Əliyev-Putin görüşü olacaq YENILƏNİB

Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib

Bu gün Düşənbədə Əliyev-Putin görüşü olacaq YENILƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:23

    Putin və Əliyev oktyabrın 7-də müsbət və konstruktiv telefon danışığı zamanı Düşənbədə görüşmək barədə razılığa gəliblər, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Peskov jurnalistlərə deyib: "İki prezidentin bu gün görüşəcəyi ilə bağlı razılıq əldə olunub. Biz bu görüşün nəticələrini görəcəyik. Biz bu baxımdan nikbinik. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətini müzakirə edəcək və qalan məsələləri həll edəcəklər".

    ***

    2025-10-08

    21:40

    Dmitri Peskov, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi: Tacikistana səfər çərçivəsində əvvəlcədən elan edilmiş proqramdan əlavə - Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında görüş keçiriləcək.

    "Görüşün baş tutmasının özü iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir", - Rusiya Prezidentinin mətbuat katibi bildirib.

    Xatırladaq ki, MDB Dövlət Başçılarının Zirvə Toplantısı 2025-ci il oktyabrın 10-da Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonun sədrliyi ilə keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı gözlənilir.