XƏBƏRLƏR / Siyasət

Putinin nümayəndəsi danışıqlar üçün ABŞ-da səfərdədir

YENİLƏNİB

Putinin nümayəndəsi danışıqlar üçün ABŞ-da səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:20

    Rusiya Prezidentinin ABŞ-da səfərdə olan xüsusi nümayəndəsi Kirill Dmitriyev Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcək.

    Bu barədə “Axios” məlumat yayıb.

    Məlumata görə, görüş həftəsonu baş tutacaq.

    Dmitriyevin başqa hansı ABŞ rəsmiləri ilə görüşəcəyi barədə məlumat verilməyib.

    Qeyd edək ki, Dmitriyev ABŞ-Rusiya əməkdaşlığı ilə bağlı müzakirələr aparmaq üçün ABŞ-da səfərdədir.

    ***

    16:02

    Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi məsələlər üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Tramp administrasiyasının rəsmiləri ilə görüşmək üçün ABŞ-a səfər edib.

    Bu barədə məlumatlı mənbələr CNN-ə bildiriblər.

    Mənbələrin dediyinə görə, səfərdə məqsəd ABŞ-Rusiya əlaqələri ilə bağlı müzakirələri davam etdirməkdir.

    Qeyd edək ki, ABŞ Rusiyanın iki neft şirkətinə - “Rosneft” və “Lukoil”a sanksiyalar tətbiq edib.