Tramp İsraildə səfərdədir BİRBAŞA/FOTO
Tramp daha sonra Şarm əl-Şeyxdə Qəzza sammitində iştirak etmək üçün Misirə yola düşəcək
ABŞ Prezidenti Donald Tramp İsraildə səfərdədir.
ABŞ liderinin təyyarəsi Ben Qurion hava limanına enib.
Trampı İsrail Prezidenti İtsxaq Hersoq və Baş naziri Beniamin Nataniyahu həyat yoldaşlarıyla birgə qarşilayıblar.
Qeyd edək ki, ABŞ lideri israilli girovların ailələri ilə görüşəcək və İsrail parlamentində çıxış edəcək.
Tramp daha sonra Şarm əl-Şeyxdə Qəzza sammitində iştirak etmək üçün Misirə yola düşəcək. Şarm əl-Şeyxdəki toplantı bakı vaxtı ilə saat 14:00-da başlayacaq.